image-image_750x_6461c2331dcc5backend

Rusiyada müharibədə uduzur və Çinin vassalı olur  – Makron 

image-reklam_sirab_01

Geosiyasi baxımdan Rusiya Ukraynaya qarşı müharibədə artıq məğlub olub və indi Çinin vassal dövlətinə çevrilir. Vətəninfo.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron L’Opinion qəzetinə müsahibəsində deyib.
Makronun sözlərinə görə, Rusiya faktiki olaraq Çinin nəzarətinə keçib, həmçinin Baltik dənizində mühüm azadlığını itirib, çünki Kremlin hərəkətləri İsveç və Finlandiyanı NATO-ya daxil olmağa məcbur edib.

“İki il əvvəl bunu təsəvvür etmək mümkün deyildi, lakin bu gün bu, artıq geosiyasi məğlubiyyətdir.
Fransa rəhbəri vurğulayıb ki, Rusiya bu müharibədə hərbi yolla qalib gəlməməlidir və Avropa ukraynalılara həm əks-hücuma hazırlaşmaqda, həm də “qaçılmaz danışıqlarda təhlükəsizlik təminatları məsələsini hazırlamaqda” kömək etməlidir.

“Avropa təhlükəsizlik arxitekturası bütünlüklə Ukraynaya şamil edilməlidir. Buraya həm də Rusiya ilə qarşıdurmanın olmaması və sabit qüvvələr balansının bərpası daxil edilməlidir. Lakin bu hələ çox uzaqdadır”, – Makron bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki