image-reklam-veteninfo
image-image_750x_64946c92d0a4bbackend

Rusiyada spirtli içki qadağan edilir

image-reklam-veteninfo

Rusiyada baş verən son kütləvi zəhərlənmə hadisəsindən sonra bir çox jurnalistlər, ekspertlər, analitiklər spirtli içkilər sahəsində nəzarətin gücləndirilməsi məsələsini qaldırdılar.  Vətəninfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hətta bir çox dövlət rəsmiləri spirtli içkilərin qadağan edilməsi üçün təkliflər veriblər.

İllik dövriyyəsi 50 milyard rubl olan bu sektora iqtisadçılar xüsusi önəm verir ki, bunun da 50 faizi saxta məhsulların satışıdır. Rusiya federal qanunverici orqanının üzvlərindən biri olan Andrey Klişasın müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış etdiyi artıq məlumdur. Məqsəd birdir: alkoqolun internetdə satışını yalnız təsdiqlənmiş, lisenziyalı, xüsusi reyestrdə qeydiyyatdan keçmiş şirkətlərə saxlamaq, sektorun qaydalarının pozulması halında gözlənilən məsuliyyəti sərtləşdirmək. Maraqlıdır ki, hamı sərtləşdirmənin zəruriliyindən danışır, bunun çoxdan edilməli olduğunu, sadəcə olaraq siyasi iradə lazım olduğunu qeyd edir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki