image-sssbackend

Rusiyada suriyalı terrorçular saxlanılıb – Video

image-reklam_sirab_01

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FTX) Komsomolsk-na-Amurda suriyalı terrorçuları saxlayıb. Hücum edənlər “Həyat Təhrir əş-Şam” (Rusiya Federasiyasında qadağan olunmuş) ekstremist təşkilatına pul göndəriblər. Vətəninfo.az xəbər verir ki, bu barədə Zvezdanews teleqram kanalı məlumat yayıb.

“FSB əməkdaşları terror qruplaşmasının üzvlərini saxlayıblar. Onlar Rusiya Federasiyasında qadağan edilmiş “Xəyyat Təhrir əş-Şam” ekstremist təşkilatına maliyyə yardımı ediblər”, – məlumatda deyilir. Kanalın məlumatına görə, saxlanılanlardan dəlil kimi Suriyadakı terrorçularla sosial şəbəkələrdə yazışmalar götürülüb.

Rapsi xəbər verir ki, bundan əvvəl FSB Krım Respublikasının rəhbəri Sergey Aksyonova qarşı terror aktının qarşısını alıb . FSB Kerçdə (Krım) Rusiya və Ukrayna vətəndaşının təxribat cəhdini də dayandırıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki