image-reklam-veteninfo
image-1backend

Rusiyada Ukrayna kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

image-reklam-veteninfo

Rusiyanın Xabarovsk diyarında Ukrayna kəşfiyyatının agenti olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) xəbər yayıb.

Məlumata görə, saxlanılan şəxslərdən birinə pilotsuz uçuş aparatlarının (PUA) idarə edilməsi üçün nəzərdə tutulan avadanlıq verilib. Onun Kiyevin maraqları naminə kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmək məqsədilə dronları idarə etməyi öyrənməli olduğu iddia edilir.

FSB-nin məlumatına əsasən, saxlanılan şəxslərdən biri dövlətə xəyanət etdiyini etiraf edib və pilotsuz uçuş aparatlarını idarə etməyi hansı məqsədlə öyrəndiyini açıqlayıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar, eləcə də saxlanılan digər şəxsin fəaliyyəti barədə məlumat verilməyib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki