Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Vətəninfo.az TASS-a istinadən xəbər verir ki, hadisəyə qaz balonunun partlaması səbəb olub. Nəticədə xəsarət alanların olduğu bildirilir.
Əraziyə xilasedicilər və təcili yardım briqadaları cəlb edilib.
Dağıntılar altında qalanların olduğu bildirilir. Onlar qışqıraraq kömək istəyirlər.
Hazırda dağıntılar altında qalanların xilası üzrə işlər davam etdirilir.


























