image-1112696backend

Rusiyada yüzlərlə insanı zəhərləyən ermənilər həbs edildi

image-reklam_sirab_01

Rusiya Federasiyasının Ulyanovsk vilayətində surroqat sidrdən zəhərlənmə ilə bağlı 62 nəfər zəhərlənib. Ölənlərin sayı 20-yə çatıb. Vətəninfo.az-ın  məlumatına görə, bu barədə bu gün TASS-a regionun səhiyyə naziri vəzifəsini icra edən Olesya Kolotik-Kameneva məlumat verib .

“İyunun 7-də səhər saatlarına olan məlumata görə, 62 zəhərlənmə hadisəsi, o cümlədən 20 ölüm faktı aşkar edilib ”, – agentliyin həmsöhbəti bildirib.

Bundan əvvəl Ulyanovsk vilayətində 18 nəfərin zəhərlənərək öldüyü bildirilirdi.

Sidrdən zəhərlənmə nəticəsində ölənlər Udmurtiya, Samara, Nijeqorodsk və Penza vilayətlərində qeydə alınıb. Həmin ərazilərdə qurbanların ümumi sayı 10-dur.

Ekspertizanın nəticələrinə görə, zəhərlənməyə səbəb olan spirtli içkinin tərkibində həyat üçün təhlükəli olan metanol və etilbutirat aşkar edilib.

İstintaqın məlumatına görə, zəhərlənənlər Samara vilayətində istehsal olunan “Cənab Sidr” yüngül alkoqollu içki içiblər. İçki istehsal edən erməni iki iş adamı  nəzarətə götürülüb. Rusiya Federasiyasının İstintaq Komitəsi keyfiyyətsiz xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki