image-reklam-veteninfo
image-1backend

Rusiyadan Antalyaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

image-reklam-veteninfo

Rusiyanın Mineralnıye Vodı şəhərindən Türkiyənin Antalya şəhərinə uçan “Azimuth Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsində bomba təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.

Məlumata görə, 18 noyabr 2026-cı ildə A46217 reysi ilə uçuş həyata keçirən Sukhoi Superjet 100 tipli təyyarə Türkiyənin hava məkanında olarkən bomba qoyulması barədə məlumat daxil olub.

Xəbərdarlıqdan sonra müvafiq təhlükəsizlik tədbirləri görülüb və təyyarə Antalya Hava Limanına təhlükəsiz şəkildə eniş edib.

Təyyarədə olan 65 sərnişin və 4 ekipaj üzvü təxliyə olunub. Təhlükəsizlik qüvvələri hava gəmisində ətraflı yoxlama aparıblar.

Yoxlama zamanı heç bir partlayıcı maddə aşkarlanmayıb və bomba təhlükəsi barədə məlumatın əsassız olduğu müəyyən edilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki