Rusiyadan Ermənistana təbii qaz tədarükü sentyabrın 15-dən 25-dək müvəqqəti olaraq dayandırılacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” QSC məlumat yayıb.
Bildirilib ki, Rusiyada Şimali Qafqaz–Zaqafqaziya magistral qaz kəmərində planlaşdırılan profilaktik tədbirlər və kompleks təmir işləri ilə əlaqədar qaz nəqli müvəqqəti dayandırılacaq.
Şirkətin məlumatına görə, tədarükün dayandırıldığı müddətdə Ermənistanda istehlakçıların qazla fasiləsiz və etibarlı təminatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə idxal ediləcək təbii qaz hesabına həyata keçiriləcək.
“Qazprom Ermənistan” istehlakçıların qaz təchizatında hər hansı məhdudiyyət yaranmayacağını bildirib.


























