Biatlon məşqçisi yenidən satmaq üçün 11 000 güllə oğurlayıb. Vətəninfo.az “Lenta.ru” ya istinadən verdiyi məlumata görə , bu barədə Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin prokurorluğu məlumat yayıb.
30 yaşlı kişi rayon mərkəzində məşqçi kimi çalışıb və əlavə gəlir mənbəyinə sahib olmaq üçün 2019-cu ildən məşq zamanı istifadə olunmayan idmançılar üçün nəzərdə tutulan güllələri mənimsəyib. Ümumilikdə o, dəyəri 83 min rubl olan 5,66 mm kalibrli 11 min güllə oğurlayıb.
May ayında Rusiya Biatlon İttifaqının prezidenti Viktor Maiqurov idmançılar üçün sursat çatışmazlığından şikayətlənmişdi. Maiqurov bildirib ki, əsas problem onların olmaması və ikiqat qiymət artımıdır.
2022-ci ilin oktyabrında İjevskdə keçirilən biatlon turniri güllələr vaxtında alınmadığı üçün gülləsiz keçdi. Udmurtiya Biatlon Federasiyasının rəhbəri İvan Çerezov izah etdi ki, güllə almaq asan məsələ deyil.