“Milyarder Oleq Deripaska Qarabağdan olan ermənilər üçün qaynar xətt açır.” Vətəninfo.az xəbər verir ki, bu barədə “Россия сегодня” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan “Facebook” səhifəsində yazıb.
“Şirkət Rusiyadakı sənaye müəssisələrində ixtisaslı ermənilərin daşınması, uyğunlaşması və işlə təmin olunmasına dəstək verməyə hazırdır”, – Simonyan əlavə edib.
Qeyd edək ki, Deripaska rusiyalı sahibkar, milyarder, Rusiyanın “Rusal” alüminium şirkətinin rəhbəridir.