image-image_750x_646a16f4a8ab8backend

Rusiyalı nazir müavini təyyarədə qəflətən öldü

image-reklam_sirab_01

Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko vəfat edib. Vətəninfo.az xəbər verir ki, bu barədə nazirliyin saytı məlumat yayıb.

“Rusiya nümayəndə heyətinin Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə Pyotr Kuçerenkonun səhhəti pisləşib”, – məlumatda deyilir.

Daha sonra təyyarə Mineralnıye Vodıya enib, həkimlər burada nazir müavininə kömək etməyə çalışsalar da, Kuçerenkonu xilas etmək mümkün olmayıb.

“Biz Petr Aleksandroviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyindən bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki