image-reklam-veteninfo
image-11backend

“Rusiyanı dəstəkləyirəm” -Kim Çen In

image-reklam-veteninfo

“KXDR Rusiya xalqına tam dəstəyini və həmrəyliyini bildirir və onlara firavanlıq və qələbə arzulayır.”
Vətəninfo.az xəbər verir ki, bu barədə Şimali Koreya liderinin Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Rusiya Günü münasibətilə göndərdiyi təbrik teleqramında deyilir.

“Yoldaş Kim Çen In vurğulayıb ki, bu gün ölkənin suverenliyinə, təhlükəsizliyinə və dinc həyatına xələl gətirməyə çalışan düşmən qüvvələrin artan təhlükə və çağırışlarına qarşı Rusiya xalqının mübarizəsi yeni kritik mərhələyə qədəm qoyur”, – Koreya Mərkəzi Xəbər Agentliyinin açıqlamasında deyilir..

Rusiya qalib gələcək və rus xalqı qələbə tarixini qeyd etməyə davam edəcək, Kim Çen In əlavə edib.

KXDR liderinin sözlərinə görə, o, Pxenyanla Moskva arasında qonşuluq münasibətlərini və strateji əməkdaşlığı daha da gücləndirməyə hazırdır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki