Norveçdə Rusiyaya məxsus 6 balıqçı gəmisi tərsanələrdə saxlanılır.
Bu barədə Balıqçılıq üzrə Federal Agentliyin rəhbəri İlya Şestakov bildirib.
Onun sözlərinə görə, norveçlilərin Rusiya balıqçı gəmilərinin təmiri ilə bağlı qoyduğu məhdudiyyətlər qanunsuzdur, indi onlar sadəcə olaraq zavodlarda saxlanılır.
Murmansk vilayətinin rəhbəri Andrey Çibis bildirib ki, gəmilər Norveçdə təmir olunacaq və buraxılacaq: “Əks halda bu, əmlakın ələ keçirilməsi deməkdir”.
Qeyd edək ki, bundan əvvəl Norveç Xarici İşlər Nazirliyi fövqəladə təmir işləri istisna olmaqla, Rusiyaya məxsus gəmilərə planlı texniki qulluq və təmirə qadağa qoyulduğunu elan edib.Publika.az


























