Rusiyanın Tver vilayətinin Toropets şəhərinin hakimiyyəti Ukrayna pilotsuz təyyarələrinin kütləvi hücumu barədə məlumat verib. Vətəninfo.az-ın məlumatına görə , BBC-nin rus xidməti xəbər verir ki, sursat anbarında partlayış baş verib.
Qeyd olunur ki, Toropets bələdiyyə rayon administrasiyası əhalinin qismən təxliyəsi elan edib. Əhaliyə PUA-ların düşdüyü yerin görüntülərini təhlükəsizlik səbəbi ilə dərc etməməyə çağırılıb.
Toropetsin qonşusu olan Zapadnaya Dvinanın hakimiyyəti məktəb və uşaq bağçalarının bağlandığını elan edib. Eyni zamanda, Toropets hakimiyyəti insanları Zapadnaya Dvinaya təxliyə edəcəklərini açıqlayıb. Toropetsdən təxliyə edilənlərin məktəblərdə və uşaq bağçalarında yerləşdirilə biləcəyi güman edilir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının beş regionunda: Kursk, Bryansk, Smolensk, Belqorod və Orlovda 54 Ukrayna PUA-larının vurulduğunu elan etdi, lakin Toropetsə hücumla bağlı heç nə qeyd olunmadı.