image-reklam-veteninfo
image-1backend

Rusiyanın ən strateji zavodu yanır -FOTO

image-reklam-veteninfo

Mayın 29-na keçən gecə Sankt-Peterburqda mikroelektronika istehsalı üzrə ixtisaslaşan “Avanqard” strateji zavodunun ərazisində yanğın baş verib.

Vətəninfo.az xəbər verir ki, yerli Telegram kanallarının məlumatına görə, yanğın təxminən saat 01:00 radələrində mikrosxemlərin istehsal olunduğu və yığıldığı ərazidə baş verib.

SHOT-un məlumatına görə, fabrikin üstündə nəhəng qara tüstü sütunu görünür və alov təxminən 100 kvadratmetr ərazini əhatə edib.

“Kondratovski prospekti 72 ünvanında istehsalat binasında baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır”. “Yanğın 6 mərtəbəli binanın 5-ci mərtəbəsində 100 kv.m ərazini əhatə edib”, – Fövqəladə Hallar Nazirliyinin şəhər şöbəsindən bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki