Rusiya Federasiyasının Voronej vilayətində Mİ-28 hərbi helikopteri qəzaya uğrayıb. Helikopter, sərt enişdən sonra yanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, hadisə yanvarın 1-də yerli vaxtla saat 18:00-da cəbhə xəttindən 250 km aralıda baş verib. İlkin məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində ekipajın iki üzvü həlak olub. Dağıntı yerində digər qurbanlar, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Rusiya Federasiyasının İstintaq Komitəsi təfərrüatları və bütün halları öyrənmək üçün araşdırmalara başlayıb.