image-reklam-veteninfo
image-3978f3db51ef21b889eefaf8fc60266ec44634f5c049d0ad499e7aca18957f75backend

Rusiyanın itən təyyarəsi tapıldı 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Rusiya iyunun 10-da ölkənin Uzaq Şərq bölgəsində qəza siqnalı göndərdikdən sonra itkin düşdüyü bildirilən təyyarənin tapıldığını və göyərtəsində olan beş nəfərin hamısının sağ olduğunu açıqlayıb.

Rusiyanın Saxa Respublikasının ekologiya, təbiətdən istifadə və meşə təsərrüfatı naziri Yevgeni Perfilyev “Telegram” etdiyi paylaşımda “Təyyarə tapılıb, hamı sağdır” deyib.

Bundan əvvəl Rusiyanın dövlət xəbər agentliyi TASS məlumat vermişdi ki, Antonov An-2 təyyarəsi Tomponski rayonunda “meşələrin mühafizəsi məqsədilə uçarkən” qəza siqnalı qurğusunu işə salıb.

Şərqi Sibirdəki Saxa Respublikasının Tomponski rayonu, əsasən dağlıq ərazi və sıx meşələrlə örtülmüş geniş, seyrək məskunlaşan ərazi kimi tanınır.

TASS xəbər agentliyi bildirib ki, Rusiyanın mülki aviasiya qurumu Rosaviasiya təyyarəni və 5 nəfəri tapmaq üçün axtarış-xilasetmə işləri aparıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki