image-reklam-veteninfo
image-1backend

Rusiyanın səfirliyi PUA hücumuna məruz qaldı

image-reklam-veteninfo

Rusiyanın İsveçdəki səfirliyi pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Diplomatik nümayəndəlik pilotsuz təyyarənin əsas girişin qarşısındakı əraziyə boya qutusu atdığını bildirib. Vətəninfo.az xəbər verir ki, səfirliyin açıqlamasında deyilir: “Hadisəni xüsusilə gülünc edən odur ki, pilotsuz uçan aparat operatorları şüşə qabdan istifadə ediblər ki, o, hündürlükdən yıxılsa, insanlara ciddi xəsarətlər yetirə bilərdi”.

Diplomatik nümayəndəlik belə hücumların bir ildən artıqdır ki, baş verdiyini bildirib. Səfirlik dəfələrlə İsveç polisindən bu cür hadisələrin qarşısını almaq üçün müraciət etsə də, heç bir tədbir görülməyib. Səfirlik hesab edir ki, İsveç 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından irəli gələn xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyini və toxunulmazlığını təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki