image-1backend

Rusiyanın xəbərdarlığı Ukraynanı qorxuya saldı – Bütün tədbirlər ləğv edildi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Ukrayna Ali Radası hökumət dairəsində noyabrın 22-nə planlaşdırılan iclası Rusiyanın mümkün zərbəsi təhlükəsi ilə əlaqədar ləğv edib. Millət vəkilləri və onların ailə üzvləri ərazidə qalmalarını məhdudlaşdırmağa çağırılıb.

Deputat Aleksey Qonçarenko bildirib ki, planlaşdırılan sessiya hökumətlə sual-cavab şəklində nəzərdə tutulub. Növbəti sessiya dekabr ayına təyin edilib.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin noyabrın 21-də rus qoşunlarının Dneprdə orta mənzilli “Oreşnik” raketindən istifadə etdiyini açıqlamışdı.

O, həmçinin qeyd edib ki, gələcəkdə Ukraynanın mülki əhalisi bu cür raketlərdən istifadə ilə bağlı əvvəlcədən xəbərdarlıq ediləcək və onlara təhlükəli zonaları tərk etmək tövsiyə olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image