image-reklam-veteninfo
image-1backend

Rusiyanın Xəzərdə irimiqyaslı hərbi təlimləri başlayıb

image-reklam-veteninfo

Rusiyanın Xəzər Hərbi Dəniz Donanması Xəzər dənizində komanda-qərargah təlimlərinə start verib. Vətəninfo.az xəbər verir ki, bu barədə donanmanın mətbuat xidməti məlumat yayıb.

Təlimlərə 15-dən çox döyüş gəmisi, eləcə də aviasiya bölmələri və sahil raket kompleksləri cəlb olunub.

Praktik mərhələdə bazaların müdafiəsi və Xəzər dənizindəki iqtisadi fəaliyyət zonalarının qorunması, pilotsuz katerlər və dronların hücumlarının dəf edilməsi üzrə döyüş ssenariləri icra olunacaq. Ümumilikdə 25-dən çox döyüş tapşırığı, o cümlədən real silah tətbiqi ilə təlimlər planlaşdırılıb.

Qeyd edək ki, Xəzərdə  buna bənzər təlimləri sonuncu dəfə iyulun sonu və avqust ayında keçirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki