Avropa Rusiyadan rekord miqdarda mayeləşdirilmiş təbii qaz (LNG) alır. Vətəninfo.az xəbər verir ki, bu barədə Bloomberg nəşri məlumat yayıb.
Agentlik qeyd edir ki, satılan LNG-nin həcmləri artıq Moskvanın yanvarın 1-ə qədər Ukrayna ərazisindən nəql etdiyi həcmləri üstələyib (Son illərdə orta hesabla sutkada 35-40 milyon kubmetr qazın nəqli olub).
Belə ki, “Bloomberg”in məlumatına görə, əgər 2020-ci ildə Avropa Rusiyadan təxminən 10,5 milyon ton LNG alıbsa, 2024-cü ildə bu rəqəm rekord həddə – 15,5 milyon tona yüksəlib.
Agentliyin hesablamalarına görə, Rusiya tranzitin dayandırılmasından ciddi itkilərə məruz qalmayacaq, Ukrayna isə ÜDM-in 0,5%-ni itirəcək.