Rusiyaya qarşı hibrid müharibə aparılır. Vətəninfo.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bunu ŞƏT sammitində çıxışı zamanı deyib. Onun açıqlamalarını Rusiya mətbuatı sitat gətirir.
İndi isə faktiki olaraq bizə qarşı hibrid müharibə aparılır, qeyri-qanuni anti-Rusiya sanksiyaları görünməmiş miqyasda tətbiq edilir”, – Putin bildirib.
Dövlət başçısı hesab edir ki, Rusiya xarici təzyiqlərə, sanksiyalara və təxribatlara inamla müqavimət göstərir və bundan sonra da müqavimət göstərəcək.
Rusiya prezidenti həmçinin qeyd edib ki, Rusiya Federasiyası sanksiyalar və məhdudiyyətlərin qəti əleyhinədir və əleyhinə olacaq.
“Rusiya əminliklə xarici təzyiqlərin, sanksiyaların və təxribatların əleyhinədir və buna qarşı da olacaq və hazırkı vəziyyətdə ölkəmiz davamlı şəkildə inkişaf etməkdə davam edir”, – Putin bildirib.