image-1backend

“S-400”lərin yaradıcısı olan Azərbaycanlı kimdir? – FOTO

image-reklam_sirab_01

Ukrayna- Rusiya arasında davam edən müharibədə Rusiya ən müasir silahları ilə öyünür. Sözsüz ki, bu müharibədə Rusiyanın öyündüyü bir çox silahlar öz effektini vermədi. Lakin bu gün Rusiyanın və dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemlərindən biri sözsüz ki, “S-400” raketləridir. Çoxlarının bilmədiyi bu sistemin yaradıcısı isə azərbaycanlı İqor Aşurbəylidir.

Çoxumuzun tanımadığımız İqor Aşurbəyli kimdir?

Rusiyanın ən gizli şirkəti olan “Almaz-Antey”in İdarə Heyətinin rəhbəri, Rusiya hərbi sənayesinin istehsal etdiyi “S-300 Favorit” və “S-400 Triumf” raket müdafiə sistemlərinin yaradıcısı və istehsalçısı Azərbaycanlı İqor Aşurbəylidir.

Bu günə qədər adı gizli saxlanılan İqor Aşurbəyli “S-300” və “S-400”ün yaradıcısıdır.

Qeyd edək ki, İ.Aşurbəyli 1963-cü ildə Bakıda doğulub.1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ilə Azərbaycan Sənaye İnsitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnsitutunda öz namizədlik işini müdafiə edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.Texnika elmləri doktoru İqor Aşurbəyli Rusiyanın ən nüfuzlu şəxslərindəndir. 2016-cı ildə UNESCO tərəfindən nanotexnologiya sahəsindəki xidmətlərinə görə medalla təltif olunub.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki