image-reklam-veteninfo
image-1backend

Saakaşvili 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

image-reklam-veteninfo

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvilini dövlət sərhədini qanunsuz keçmək ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə onu dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilib.

Tbilisi Şəhər Məhkəməsinin hakimi Mixail Jinjolianın qərarı ilə Saakaşvili 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Lakin o, büdcə vəsaitlərini mənimsəməkdə də ittiham olunaraq 8 il, ümumilikdə isə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu, son günlər Tbilisi Şəhər Məhkəməsinin Saakaşvili işi üzrə çıxardığı ikinci hökmdür. İndi onun 7 noyabr hadisəsi ilə bağlı yalnız bir cinayət ittihamı qalıb.

Xatırladaq ki, Mixeil Saakaşvili 2021-ci il oktyabrın 1-də həbs olunub. 2007-ci il noyabrın 7-də törətdiyi əməllərə və 2021-ci ildə dövlət sərhədini qanunsuz keçməsinə görə onunla bağlı məhkəmə prosesi davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki