image-reklam-veteninfo
image-1backend

Sabah Donald Trampla Si Cipin bu ölkədə görüşəcəklər

image-reklam-veteninfo

ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin ikitərəfli münasibətləri və ortaq maraq doğuran məsələləri müzakirə etmək üçün 30 oktyabrda Busan şəhərində görüşəcəklər.

Nazirliyin veb saytında yerləşdirilmiş açıqlamaya görə, “Çin və ABŞ arasında razılığa əsasən, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş yerli vaxtla 30 oktyabrda Koreya Respublikasının Busan şəhərində keçiriləcək”.

Nazirlik qeyd edib ki, Si Cinpin Trampla Çin-ABŞ münasibətlərinin əsas aspektlərini və qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək niyyətindədir.

Ağ Evin mətbuat katibi Kerolin Livit oktyabrın 23-də jurnalistlərlə keçirdiyi mətbuat konfransında bildirib ki, Amerika liderinin Si Cinpinlə görüşü onun Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərlərini əhatə edən “Asiya turnesinin” “son akkordu” olacaq.

Oktyabrın 28-də Tramp Çin lideri ilə görüşündən sonra Çin idxalına tarifləri azaltmaq planlarını açıqladı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki