image-reklam-veteninfo
image-qaralov-veteninfo-azbackend

Sabiq baş prokurorun himayəsində olduğu iddia edilən şirkətlərin külli miqdarda borcu nədən yaranıb?

image-reklam-veteninfo

“Azərbaycanın ən iri tikinti şirkətlərindən biri olan “Akkord” şirkətlər qrupuna daxil müəssisələrin dövlət qarşısında milyonlarla manat vergi borcu yaranıb. Rəsmi mənbələr və media məlumatları bu borcun səbəblərinin həm maliyyə, həm struktur, həm də idarəetmə problemləri ilə bağlı olduğunu göstərir. 

 

Vətəninfo.az xəbər verir ki, bu barədə Bakı-xeber.com yazıb.

“Son rəsmi məlumatlara əsasən, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 22 fevral 2024-cü il tarixinə dövlət qarşısında 15 milyon 6 min 168 manat 49 qəpik vergi borcu var. Bu, şirkətin 2022-ci ildəki təxminən 8 milyon manatlıq borcuna nisbətən iki dəfədən çox artım deməkdir. Qrupun digər törəmə şirkətləri də borclu vəziyyətdədir. “Akkord Hydrotechnical Construction Company” MMC – 4,4 milyon manata yaxın borcu ilə siyahıda öndədir. “Akkordian Traden” MMC – 110 min manatdan çox borcu var. “Akkord Qum” MMC – Vergilər Xidmətinin “risqli vergi ödəyiciləri” siyahısına salınıb. “Hydraulic Mechanisms Company” MMC – təxminən 172 min manatlıq borcu qeyd olunur”, – deyə yazıda bildirilir.

Bakı Kommersiya Məhkəməsinin saytında “Akkord Hydrotechnical Construction Company” və “Akkordian Traden” MMC-lərlə bağlı bir neçə mülki iş qeydiyyata alınıb. Bu iddialar əsasən müqavilə öhdəliklərinin pozulması, təchizatçı borcları və vergi ödənişlərinin gecikməsi ilə bağlıdır. Vergilər Xidmətinin “riskli vergi ödəyiciləri” siyahısına daxil olunmaq şirkət üçün ciddi xəbərdarlıq hesab olunur.

Bu status şirkətin dövlət sifarişlərinə çıxışını, tender iştirakını və bank kreditlərinə əlçatanlığını məhdudlaşdırır. İqtisadçıların fikrincə, “Akkord” kimi iri inşaat qruplarının vergi borcları layihələrin maliyyələşdirilməsində fasilələr və gecikən ödənişlərlə bağlı yarana ola bilər.

“Akkord” şirkətlər qrupu 2000-ci illərin ortalarından etibarən Azərbaycanın ən iri tikinti brendlərindən biri kimi formalaşıb.

Media mənbələri və bəzi iqtisadçılar şirkətin sabiq baş prokuror Zakir Qaralovun ailəsinə məxsus biznes strukturu olduğunu bildirirlər. Rəsmi sənədlərdə Qaralovun birbaşa pay sahibliyi göstərilmir.

Ancaq keçmişdə onun yaxın çevrəsinə məxsus şirkətlər və idarəçilər vasitəsilə dolayı nəzarət həyata keçirdiyi iddia edilir. Zakir Qaralov 2020-ci ildə baş prokuror vəzifəsindən azad edilib və hazırda heç bir dövlət vəzifəsi daşımır.

Bununla belə, ekspertlərin fikrincə, onun “köhnə təsir dairəsi” hələ də qalır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki