image-1backend

Sabiq deputat Rusiyaya 97,4 milyon ABŞ dolları sərmayə qoyur

image-reklam_sirab_01

Azərbaycan şirkəti Jeleznovodsk xüsusi iqtisadi zonasında üç sanatoriyanın inşasına 9 milyard rubl (97,4 milyon ABŞ dolları) sərmayə qoymağı planlaşdırır.

Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a kurortun rəhbəri Yevgeni Bakulin məlumat verib.

“İnvestorlar yenidən Jeleznovodsk xüsusi iqtisadi zonasına maraq göstərirlər. Azərbaycanlı investor ümumi sahəsi 9 hektar olan üç torpaq sahəsi üçün müqavilə bağlayıb. İnvestisiyaların həcmi təxminən 9 milyard rubl təşkil edəcək”, – Y.Bakulin Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumunun kuluarında deyib.

Onun sözlərinə görə, 600 otaqlı və 1200 çarpayılıq üç sanatoriyanın tikintisi nəzərdə tutulub:

“Biz artıq Jeleznovodskda Azərbaycan sərmayələrini uğurla icrasının şahidi olmuşuq. Buraya Jeleznovodsk xüsusi iqtisadi zonasında ilk beşulduzlu sanatoriya daxildir. Jeleznovodskda xüsusi iqtisadi zonası daha da tanınır. Bu o deməkdir ki, Jeleznovodsk bundan sonra da inkişaf edəcək”.

Vətəninfo.az-a özəl mənbələrdən verilən məlumata görə Rusiyadakı sanatoriyalara sərmayə qoymaq istəyən şəxs sabiq millət vəkili Əsabil Qasımovdur. Sabiq deputat uzun illərdir ki, turizm və kurort sahəsindəki bir çox sanatoriyalara sahiblik edir. Sabiq millət vəkili hələ bir neçə il öpncədən Rusiyada bir neçə sanatoriyaya sahib olub.

Əsabil Qasımov  turizm sektoruna da on milyonlar yönəldib. Sabiq deputat  Yessentuki, Kislovodsk və Jeleznovodskda böyük sanatoriyalara sahibdir. Əsabil Qasımovun sahib olduğu  İstoçnik sanatoriyası Yessentukda Semaşko küçəsi 6-8 ünvanında yerləşir. Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 11 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1062650001347) keçib. Təsisçilik hüququ 100 faiz payla birbaşa Əsabil Qasımovun özünə aiddir. İcraçı direktoru İrina Matviets Vladimirovnadır. Nizamnamə kapitalı 10 min rubl, buraya çəkilən xərclər isə on milyonlarla dollarla ölçülür. Məsələ burasındadır ki, bu sanatoriya çəkilən xərclərin qarşılığında qeyri-rentabellidir və onun saxlanılması əlavə xərclər tələb edir. Məsələn 2016-cı maliyyə ilində şirkətin xərcləri gəlirlərindən 180 milyon 401 min rubl artıq olub. Sanatoriyanın nə az-nə çox 326 işçisi var.
Əsabil Qasımov bu sanatoriya ilə bağlı bir neçə  il öncə Rusiyada futbol üzrə keçirilən dünya çempionatı zamanı ciddi qalmaqalla da üzləşmişdi. Belə ki, FİFA-nın partnyor fiması “Match Accommodation 2018“ nigeriyalı futbolçulara görə sanatoriyaya ödəməli olduğu 3.5 milyon rublu verməkdən imtina etmişdi.

Əsabil Qasımovun sahib olduğu bir neçə şirkət sanatoriya – kurort sahəsində çalışır.

Əsabil Qasımovun Kislovodskdakı başqa bir  şirkəti “Sanatoriy İstoçnik” MMC(qeydiyyat nömrəsi:1172651006880) 30 mart 2017-ci ildən fəaliyyətdədir. Kislovodsk şəhəri, Pobeda prospekti 20 ünvanında yerləşir və burada nəhəng sanatoriya kompleksinin tikintisi gedir. Nizamnamə kapitalı 10 min rubl təşkil edir. Təsisçilər Əsabil Qasımovun oğlu Taleh Qasımov (50%), “Sanatoriy İstoçnik” MMC (“20%) və Karat Holdinqdir (30%).

Sabiq deputatın başqa bir şirkəti Sanatoriya İstoçnik Yessentuki MMC də sanatoriya kurort sahəsindədir. Bu şirkət (qeydiyyat nömrəsi: 1172651019551) vasitəsilə Əsabil Qasımov Rusiyada özünün ən böyük layihələrindən birini gerçəkləşdirib. Söhbət Jeleznovodskinin mərkəzində 400 yerlik 2022-ci ildə istifadəyə verilən sanatoriyadan gedir.
Kompleksin tikintisinə Əsabil Qasımov 35 milyon dollar xərcləyib.  Müasir tibbi texnika ilə təhciz olunanan sanatoriyada  Rusiyanın elit təbəqəsi istirahət edir. Şirkətin təsisçiləri deputatın öz adına olan Sanatoriya İstoçnik Yessentuki MMC (20%) və Əsabil Qasımovun mərhum oğlu Elçin Qasımov (50%) və deputatın Azərbaycandakı “MARINE PLAZA” MMC-ci (30%) olub.
Şirkət 1 sentyabr 2017-ci ildə Rusiya Federal Vergi Xidmətinin Stavropol diyarı üzrə 9 saylı vergi müfəttişliyində qeydiyyatdan (qeydiyyat nömrəsi: 1172651019551) keçib. Hüquqi ünvanı: Jeleznovodsk şəhəri, Lenin küçəsi 22-dir.

Göründüyü kimi sabiq deputat Rusiyada sanatoriya biznesinə kifayət qədər vəsait yatırıb.

97,4 milyon ABŞ dolları isə sabiq deputat üçün kiçik rəqəmdir.

Qarşı tərəfin mövqeyini öyrənmək istəsək də sabiq deputat telefonlarımıza cavab vermədi.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki