image-image_750x_67a33b9a0ceb0backend

Sabiq nazirə 27 il həbs cəzası verildi

image-reklam_sirab_01

Tacikistan Ali Məhkəməsi dövlət çevrilişinə cəhdlə bağlı qərar çıxarıb. “Asia Plus” portalı xəbər verir ki, müttəhimlər, o cümlədən keçmiş xarici işlər naziri Həmdoxon Zərif 18 ildən 27 ilədək həbs cəzası alıblar.

Ən uzun, yəni 27 il həbs cəzası keçmiş xarici işlər naziri, eləcə də keçmiş deputat və Tacikistan Demokratik Partiyasının sədri Saycəfər Usmonzodaya verilib.
Məhkəmə Demokrat Partiyasının keçmiş sədr müavini, jurnalist Əhmədşxoh Komilzoda və Sosial Demokrat Partiyasının sədr müavini, hüquqşünas Şokirjon Hakimovu 18 il müddətinə azadlıqdan məhrum edib.

Tacikistan rəsmilərinin həbsləri 2024-cü ilin iyununda başlayıb. Vətəninfo.az xəbər verir ki, “Asia Plus” yazır ki, hakimiyyət bu işlə bağlı rəsmi məlumat vermir, məhkəmə iclasları bağlı qapılar arxasında keçirilir.

Təqsirləndirilən şəxslər özləri təqsirli olduqlarını qəbul etmir və məhkəmədən onlara bəraət hökmü çıxarılmasını xahiş edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image