image-1backend

Sabiq prezident Alberto Fuximori vəfat edib

image-reklam_sirab_01

1990-cı illərdə ölkədə iqtisadi islahatlar həyata keçirən, lakin daha sonra maoçu üsyançılara qarşı qanlı müharibədə insan haqlarını pozduğuna görə həbs edilən Perunun keçmiş prezidenti Alberto Fuximori 86 yaşında dünyasını dəyişib.

Vətəninfo.az xəbər verir ki , bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Fuximori sentyabrın 11-də vəfat edib. Elə həmin gün səhər saatlarında yaxın həmkarları ona baş çəkərək vəziyyətinin son dərəcə ağır olduğunu qeyd ediblər. Fuximorinin qızı X sosial platformasında atasının xərçənglə uzun sürən mübarizədən sonra dünyasını dəyişdiyini yazıb.

Yapon mühacirlərinin oğlu Fuximori Perunun ilk Asiya prezidenti olub və 1990-2000-ci illərdə bu vəzifədə olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki