image-reklam-veteninfo
image-image_750x_64a27096b8589backend

Sabiq prezident vəfat etdi

image-reklam-veteninfo

Serbiyanın keçmiş prezidenti Milan Milutinoviç 80 yaşında vəfat edib. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri İvitsa Daçiç İnstaqram səhifəsində məlumat verib.

Tanjuq agentliyi xəbər verir ki, Serbiyanın hazırkı lideri Aleksandr Vuçiç ölkənin keçmiş prezidentinin vəfatı ilə bağlı başsağlığı teleqramı göndərib.

Milutinoviç 1997-2002-ci illərdə Serbiyaya rəhbərlik edib. Bundan əvvəl o, Yuqoslaviyanın xarici işlər naziri vəzifəsini tutub. O, siyasi karyerası ərzində Serbiyanın təhsil və elm naziri, həmçinin Yuqoslaviyanın Yunanıstandakı səfiri olub.

Prezidentliyinin sonunda Haaqa Tribunalı Milutinoviçi Kosovo və Metohiya münaqişələri zamanı kütləvi qırğınlarda və deportasiyalarda təqsirli bilib.
2009-cu ildə siyasətçiyə tam bəraət verilib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki