Özbəkistan və İsveçrə Federal Şurası arasında saziş imzalanıb, ona əsasən, ölkənin keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus İsveçrə hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilən 182 milyon dollarlıq vəsait Özbəkistana qaytarılacaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyi məlumat yayıb. Sazişi Özbəkistanın ədliyyə naziri Əkbər Taşkulov və İsveçrənin Daşkənddəki səfiri Konstantin Obolenski imzalayıblar.
Qayıdış 2022-ci ildə məhz bu məqsədlə yaradılmış xüsusi fond vasitəsilə həyata keçiriləcək. Xatırladaq ki, ötən il də eyni qaydada 131 milyon dollar geri qaytarılmışdı. Ümumilikdə geri qaytarılan pulun ümumi məbləği 313 milyon dollar təşkil edib.