ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədlər təqdim edib.
Vətəninfo.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə məlumat iyunun 5-də ABŞ Federal Seçki Komissiyasının saytında dərc olunub.
Pens Respublikaçılar Partiyasını təmsil edir. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi iştirak etməyə çalışacaq.
ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Aprelin 25-də hazırkı prezident Co Bayden yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqladı.