image-reklam-veteninfo
image-1backend

Sabirabad və Şəkiyə yeni prokuror təyin edildi

image-reklam-veteninfo

Sabirabad və Şəkiyə yeni prokuror təyin edilib.

Vətəninfo.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Şəki rayon prokuroru vəzifəsini icra edən Mehman Xankişiyev Sabirabad rayon prokuroru təyin olunub.

Baş prokurorun digər bir əmr ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi – idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki