Xalq artisti Nisə Qasımovanın sədri olduğu “Mədəniyyət dalğası” Yaradıcılığın Təşviqi İctimai Birliyinin növbəti layihəsi həyata keçirilib.
Verilən məlumata əsasən, “Mədəniyyət Dalğası” Yaradıcılığın Təşviqi İctimai Birliyinin keçirdiyi “Sağlam gələcək naminə” adlı layihə reallaşıb.
Xalq artisti Nisə Qasımovanın sədri olduğu ictimai birliyin təşkil etdiyi bu layihədə “Sağlam gələcək naminə” mövzusunda bir çox məsələlərə toxunulub. Layihə Təhsil Nazirliyi, Bakı şəhər Təhsil idarəsi, 162, 155, 57, 82, 76 saylı məktəblərin rəhbər və işçi heyətinin, eləcə də Psixi Sağlamlıq Mərkəzinin dəstəyi ilə həyata keçirilib.
Layihə təqdimatları müəllim və şagirdlərin marağına səbəb olub. Psixi Sağlamlıq Mərkəzinin klinik psixoloqu Şəms Xuduyevanın internet və informasiya resurlarının zərərli təsirləri haqqında uşaqlarla apardığı müzakirə, sual-cavab formasında debat onların diqqətini çəkib. Onlar bu zərərli təsirlərdən qorunmaq üçün psixoloq məsləhəti alıblar.
Qeyd edək ki, yeniyetmələrin internetdən səmərəli istifadəsi ilə bağlı maarifləndirmə işini həyata keçirməyi qarşısına məqsəd qoyan ictimai birlik layihə çərçivəsində eyni adlı video çarxı təqdim edib.


























