image-reklam-veteninfo
image-1644393742_1617957196__rom3614backend

Sahil Babayevə daha bir vəzifə verildi-SON DƏQİQƏ

image-reklam-veteninfo

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

Veteninfo.az xəbər verir ki, mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub. Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb.Mərasim iştirakçılarının səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.

Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki