“Ovçu Prim və Allahqulu ova gedir. Ovda bir turac və qara qarğa vururlar. İş gəlir ovu bölməyə . Ovçu Prim deyirki, Allahqulu istəyirsənsə qara quş sənin olsun , ala quş mənim olsun, istəmirsənsə ala quş mənim olsun , qara quş sənin olsun . Allahqulu qalır məhəttəl ki, niyə elə həmişə qara quş mənə düşür? Neftin qiyməti qalxır – düşür, torpağımız işğal və azad olunur, o kamanda gedir, bu komanda gelir. Amma , hər nə olursa , nə baş verirsə millətin ziyanına olur”.
Vətəninfo.az xəbər verir ki. Bu sərt açıqlamanı tanınmış siyasi şərhçi şahin Nəcəfov “facebook”sosial platformasındakı hesabında paylaşaraq, Azərbaycan Dövlət Gömrük Komitəsi sədri Şahin Bağırovu hədəf alıb.
Siyasi ekspert qeyd edib ki, ala quşu başqaları aparır , millətətin payına həmişə qara quş düşür.
Sitat: “ Şahin Bağırov Gömrük Komitəsinə sədr gələndə bəyan elədi ki , korrupsiya və monopol dövrü bitdi , fəaliyyətimiz şəfaf olacaq. Amma nə baş verdi? Məlum oldu ki, Şahin Bağırovun şəfaflıq anlayışı da ala quş mənim ,qara quş senin dən o tərəfə kecmir Sahibkarın təqdim etdiyi müqavilə, bank köcürməsi, invoce qalır bir tərəfdə , gömrük öz bildiyi kimi malın dəyərini qaldırıb , yenə də sahibkarın cibinə girirlər . Özlərinə görə, büdcəyə pul yığıb ,malades alırlar . Millətə qalan isə yenə də qara quş ….
Dövlət iş adamının ciynində dayanır. İş adamının dizini kəsib , dövlətə xidmət etmək olmaz”.