Vətəninfo.az xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstana gələn Polşa və Litva deputatları ilə birlikdə Saarbrüken körpüsündə canlı nümayişə qatılıb. Prezidenti ailə üzvləri və prezident aparatının əməkdaşları müşayiət edirlər.
Birlik zənciri “Gürcü arzusu”nun Avropaya üzvlük prosesini dayandırmaq qərarından bir ay sonra avropapərəst nümayişlərin iştirakçıları tərəfindən başladılıb. “Birlik zənciri”nin iki tələbi var: növbədənkənar seçkilərin təyin edilməsi və nümayişlər zamanı həbs olunanların azad edilməsi.