image-1backend

Salyanlı alim: “Fəzail Ağamalının qızını tanımıram”

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi fikirlər rayon ziyalılarının narazılığına səbəb olub. Belə ki, Günay Ağamalı Salyan camaatının ona olan etimadını yüksək qiymətləndirdiyini vurğulamışdı.

Mövzu ilə bağlı  açıqlamasında “Ədəbiyyat” qəzetinin baş redaktoru, Salyandan olan ədəbiyyatşünas alim Azər Turan bildirib ki, Azərbaycanda demokratik seçki olacaq:

“Hazırda seçki prosesi siyasi gündəmdir. Siyasi məsələlərə o qədər də dərindən fikir bildirmək istəmirəm. Lakin inanıram ki, Azərbaycanda demokratik seçki olacaq və salyanlılar öz seçimini edəcək. Mənim Fəzail Ağamalının qızının fəaliyyətindən xəbərim yoxdur, heç onu tanımıram. Ola bilər ki, Fəzail Ağamalının oğlu və ya qızı atasından daha layiqli namizəd olsun. Bu seçicilərin rəyindən asılıdır.

Bəlkə də Salyan camaatı Günay Ağamalını deyil, daha layiqli namizədini seçəcək. Kim seçiləcəksə, bu, xalqın seçimi olacaq.

Mən daha çox xalqın verəcəyi səsə inanıram. Son nəticəni gözləyək. Xalq namizədini özü seçəcək. Salyandan həmişə görkəmli şəxslər çıxıb. Qeyd edim ki, parlament tariximizdə Azərbaycandan Rusiya imperiyasının I Dövlət Dumasına seçilmiş 5 deputatdan biri də məhz salyanlı Əsədulla bəy Muradxanov olub”.Demokrat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki