image-2backend

Samir Şərifov “Azəristiliktəchizat”a irad tutdu

image-reklam_sirab_01

Son illərdə 13 faizə qədər xərc artımına getmişik. Əsas gücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindirici haldır, bu sahədən gələn gəlirlərimiz artır. Ona görə çalışmalıyıq ki, tarazlığı kəskin surətdə pozmayaq.

Vətəninfo.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, “Azəristiliktəchizat”a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır:

“Bu vəsait ona görə ayrılır ki, “Azəristiliktəchizat”ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda bunun üzərində işlənilir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image