image-1backend

Samir Vəliyev üçün “süd yolu”:  Qarşısına 24 yaşlı gənc çıxarılır

image-reklam_sirab_01

Vətəninfo.az-ın əldə etdiyi məlumata görə Nərimanov 2-ci Seçki Dairəsindən namizədliyini irəli sürəcək şəxslərdən daha biri bəlli olub. Bu şəxs cəmi 24 yaşı olan iş adamı, xə xeyriyyəçi kimi tanınan Ayxan Baxşəlizadədir.

Redaksiyamıza daxil olan məlumata görə,bir müddət Milli Məclisin Xarici Əlaqələr Komitəsində referent vəzifəsində çalışan A.Baxşəlizadənin müxtəlif sosial layihələrdə də iştirak edib.

Nəticə yoxdur.

Əldə etdiyimiz məlumata görə Ayxan Baxşəlizadə də  Samir Vəliyev kimi papanın gül balasıdır. Bizə maraqlı olan məqam başqadır. Əgər Samir Vəliyev bu seçkilərdə məğlub olsa o zaman bu əsl biabırçılıq olacaq. Çünki adı hər zaman qalmaqallarda hallanan,  Londondakı dəyəri milyonlarla dollarla ölçülən mülklərlə gündəmə gələn Samir Vəliyev bu seçkidə nə qədər şanslıdır?. Mənbəmiz bildirir ki, indi Samir Vəliyevin ətrafı onun namizəd olduğu Nərimanov 2-ci Seçki Dairəsində “rəqiblər” yetişdirir. Mənbəmiz iddia edir ki,  Ayxan Baxşəlizadə də məhz Samir Vəliyevin ortaya atdığı “rəqiblər”dəndir. Bir sözlə Samir Vəliyev özünə yaxın olan adamların namizədliyini irəli sürdürməklə digər ciddi rəqiblərə papaq atmış olur. Bir sözlə Samir Vəliyev üçün “süd yolu” açılır.

Samir Vəliyevi əslində imici zədələnmiş şəxs də hesab etmək olar. Çünki mütamadi olaraq Samir Vəliyevin adı çox ciddi qalmaqallarda hallanır və bu qalmaqallar yuxarı dairələrdə də birmənalı qarşılanmayıb. Lakin hansısa “sehirli əl” Samir Vəliyevin adını Yeni Azərbaycan Partiyasının siyahısına sala bilib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki