image-reklam-veteninfo
image-1backend

Samvel Karapetyana qarşı yeni ittiham: Pul yuyulmasında da təqsirləndirilir

image-reklam-veteninfo

Ermənistanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb. Vətəninfo.az TASS agentliyinə istinadən xəbər verir ki, istintaq orqanları onu konstitusiya quruluşunu devirməyə çağırışlarla yanaşı, həm də pul yuyulmasında ittiham ediblər.

Karapetyanın mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, son günlər heç bir əsas olmadan iş adamına bir neçə şirkətin fəaliyyəti nəticəsində pul yuyulması ilə bağlı ittiham təqdim edilib. Açıqlamada bu ittiham “mövcud hakimiyyətin siyasi rəqiblərinə qarşı təzyiq aləti” kimi dəyərləndirilib və siyasi təqib adlandırılıb.

Xatırladaq ki, Samvel Karapetyan daha əvvəl yeni siyasi qüvvə yaratmaq niyyətində olduğunu açıqlamış və bu bəyanat Ermənistan ictimaiyyətində rezonans doğurmuşdu. Müdafiə tərəfi artıq Karapetyanın həbsi ilə bağlı Ermənistan Baş Prokurorluğuna müraciət ünvanlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki