image-1-780x470backend

Şarl Mişel: “Sülh danışıqlarında müəyyən irəliləyişlər var”

image-reklam_sirab_01

“Bu gün çox mühüm görüş olacaq. Mən Azərbaycan və Ermənistan liderləri ilə görüşəcəyəm”.  Bunu Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Bakı ilə İrəvan arasında müəyyən irəliləyişlər qeydə alıblar. “Ümid edirəm ki, bu görüşdə biz iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün ümumi iradəni təsdiq edəcəyik”.

Xatırladaq ki, Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi olub. Sammit çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki