image-1backend

“Seçkilərin iki səbəbi var”-Politoloq

image-reklam_sirab_01

“Fikrimcə, prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir.”- bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloq hesab edir ki, birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır.

“İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə – Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azırbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur.”-deyə Elxan Şahinoğlu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki