image-1backend

Seçkiqabağı tədbir zamanı səhnənin uçması nəticəsində 9 nəfər öldü – VİDEO

image-reklam_sirab_01

Meksikanın şimalındakı Nuevo-Leon ştatında seçki kampaniyası zamanı səhnə dağılıb, nəticədə 9 nəfər ölüb, 50-yə yaxın adam yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Nuevo Leon qubernatoru Samuel Qarsiyaya istinadən Reuters agentliyi məlumat yayıb.

Həlak olanlar arasında 8 böyük və 1 uşaq var.

Seçkiqabağı təşviqatı “Vətəndaş Hərəkatı” partiyası aparıb. Bu siyasi qüvvədən prezidentliyə namizəd Xorxe Alvares Maynes bildirib ki, San Pedro Qarza Qarsiya şəhərində səhnənin dağılmasına güclü külək səbəb olub. Alvarez Maynes seçkiqabağı fəaliyyətini dayandıracağını açıqlayıb və hakimiyyətin baş verənləri araşdıracağına ümid etdiyini bildirib.

Qubernator şiddətli fırtına ilə əlaqədar sakinləri evlərini tərk etməməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki