image-4444backend

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsindən iddialara cavab

image-reklam_sirab_01

Sosial mediada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa şöbəsində guya  hərbi xidmətə yararsız olan cağırışçı Əhmədov Elşən Tanrıverdi oğlundan  rüşvət tələb edilməsi ilə bağlı məlumat yayılıb. Vətəninfo.az məsələni araşdıraraq bəzi nüanslara aydınlıq gətirib. Adının açıqlanmasını istəməyən cağrışçıların sağlamlığını yoxlayan hərbi  həkim komissiyasından bildirilib ki, mediada yayılan məlumatlar cəfəngiyyatdır. Adını açıqlanmasını istəməyən həkim qeyd edib ki, heç bir halda xəstə olan cağrışçı orduya aparıla bilməz.

Cağırışçı Əhmədov Elşən Tanrıverdi oğlu həkim komissiyasından keçib və o, sağlam olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə göndərilib. Mətbuatda yer alan valideynin iddialarının heç bir əsası yoxdur. Çünki Azərbaycan Silahlı Qüvvələrində xidmətə  fiziki və əqli sağlamlığı yerində  olan cağırışçılar  xidmətə göndərilir. Azərbaycan əsgəri kimi xidmət etmək hər bir şəxsin borcudur. Bu vətənə əsgər olmaq şərəf məsələsidir. Lakin bir amil var ki, biz fiziki sağlamlığı və yaxud əqli sağlamlığı yerində olmayan şəxsləri orduya göndərə bilmərik. Bəzi insanlar öz sağlam övladlarını ordudan yayındırmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər ki, bu da yoverilməzdir. Mətbuatda adı hallanan Əhmədov Elşən Tanıverdi oğlu da Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün yayarlı olub və o xidmətə göndərilib”-deyə bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki