image-1backend

Şəhid məqalələri bərpa edilmədi- Fərid Pərdəşünas

image-reklam_sirab_01

Şəhid məqalələri bərpa edilmədi. Bu isə “VİKİPEDİA SƏNƏDLƏR”inin 1-ci məqaləsinin yayımlanması deməkdir.

📍 Ayxan Zayedzade – Ayxan 3000 şəhidin məqaləsinin silinməsində birbaşa icraçı şəxs olub və tərəfimdən ifşa edilib. Ayxanın son aylarında “X” platformasında fəaliyyəti təbii ki, onun bu addımı niyə atmasında ciddi şüphələr yaradır;

▪️ Bizə qəhrəman, vətənpərvər gənc kimi soxuşdurulan Ayxan Zayedzade son aylarda aktiv şəkildə erməni hesablarından sitatlar paylaşması onun mövqeyi üçün ciddi faktları aşkara çıxarır. ** 30 Avqust 2024-cü ildə ** paylaşımında Azərbaycan tarixindəki erməni fobiyadan və Qarabağ, Zəngəzurda erməni tarixinin albanlaşdırılmasından yazır. Bu Azərbaycan tarixinin saxta olmasına qarşı qaldıran ciddi iddiadır və 20 yaşlı bir araşdırmaçı üçün yaşından böyük yükdür;

💬 sitat: “Azərbaycanın ermənifobiyası Qafqaz Albaniyasının türkləşməsi, Qarabağ və Zəngəzurda isə erməni tarixinin albanlaşması ilə nəticələndi. Tarixçilərin İranda türklərin Manna qurduğunu iddia etmələri ilə “burada ilk biz idik” arqumenti Azərbaycanda çox məşhurdur”;

Bu sadəcə Ayxanın bu cür fəaliyyəti üçün tək fakt deyil. Sərt anti-türk mövqeyi ilə çıxışlar edən Ayxan Zayedzadə, ümumiyyətlə “sülhpərvər” mövqeyi ilə də “X”də ermənilərin diqqətini çəkməyi bacarıb. Təsadüfi deyil ki, dostları ona balaca Bəhruz da deyirdilər.

📍 Laçın koridorunda aksiyada iştirak edən, şəhidlər barəsində məqalə yaradan, “X”də Mikayıl Müşfiq elan edilən 20 yaşlı yeniyetmə son aylarda qəfil dəyişir. Bütün bunların fonunda Gürcüstana Azərbaycanı təmsil etmək üçün Vikimedia Fondunun tədbirinə yola düşür.

Hadisələr elə cərayan edir ki, bu konfransda kimsə ona yaxınlaşıb Azərbaycan vikipediyasında olan şəhid məqalələrin silməsi lazım olduğunu deyir. Ayxan Zayedzade açıqlamasında deyir ki, bu şəxs fonddan kimsə olub. Qlobal Vikimedia Fondunun lokal layihələrə qarışmadığını bilərək, burada belə sual yaranır ki, fond əməkdaşı Azərbaycan dilində vikipediyanın 200.000 məqaləsindən necə 3000 şəhid məqaləsini tapa bilib?

* Daha bir sual: ola bilməzmi ki, bunu deyən adam elə regional tədbirə gəlmiş “sülhpərvər” erməni idarəçilərdən biri olub? Bunu heç də istisna ehtimala bənzəmir;

Yaxşı olmazdımı ki, bu məsələni Ayxan Zayedzade ölkəyə gələndə lokal vikipediada bu arqumentlə müzakirəyə çıxara? Digər azərbaycanlıların fikrini ala, müzakirə edə. Yoxsa, daha qısa yoldan öz çevrəsindən olan Cəlalın təklifi, Kanadadakı dostu Səmralın yekunlaşdırması və fondun yox, başqa bəhanələr ilə 3000 məqaləni aradan götürmək daha məntiqli idi?

Təbii ki, bunlar ittiham deyil. Və çox təəssüf ki, bu həqiqətdir. Ayxan mənə görə vətən xaini də deyil. Milli kimliyi, etnik bağı və fikirləri ifadə etmək onun ən təməl haqqıdır. Amma sizə də elə gəlmirmi ki, mənim tələbim bir az yox çox məntiqlidir?

Olmazdımı ki, bu məqalələri Ayxan Zayedzadə və çevrəsi yox, digər azərbaycanlı idarəçilər müzakirə edib, silsin? Mən Ayxandan nə tələb edirdim? Sadəcə məqalələri bərpa etsin və digər adminlər müzakirə etsin. Bu çevrədən kənar. Amma niyəsə bu ağır məsuliyyəti Ayxan üzərinə götürmək qərarı almışdı;

Sizcə heç şüphəli deyilmi ki, 3000 məqalə silən adam bir neçə gündə vətənə xəyanətdə ittiham edilən dostunun Vikipediada durmadan məqalələrini yaradır və məsələ qabaranda bunu boynundan atır? Bəs sübutlar? Onlar hamısı rəydə olacaq.

Məni bunları yazmağa şəxsən Ayxan Zayedzadə və onu bizə Mikayıl Müşfiq olaraq itəmələyə çalışan çevrəsi məcbur etdi. Ayxandan xahiş edib, barışığa çağırmışdım amma sözünə əməl etmədi;

Amma qəddar zaman hələ də tam sürətində davam edir. Bu sadəcə “VİKİPEDİYA SƏNƏDLƏRI”nin bir bəndi idi. Növbəti 12 saat daha çox detalı gün üzünə çıxara bilər. Bərpa üçün hələ də şans və zaman var. Atın bu ləkəni üstünüzdən, qaytarın məqalələri.

Ümid edirəm ki, məni qərəzlə, şəhid ailəsi manipulyasiyası ilə ittiham edənlər, bu sənədlərdən sonra utanaraq paylaşımlarını silər. Siz elə bilirdiniz Qiyas, Nərmim, Nurlan Vedrə, “X” siyasi fəallar, xaricdəki aktivistlər məni elə-belə söyür? Onlar bilirdilər bu iş pox işdir. Vikipedia işi çox böyük qərəzi, çox ciddi faktları özündə birləşdirir.

image-1 image-2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki