image-reklam-veteninfo
image-533384638_1283866229781538_4492403154346944207_nbackend

Şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib

image-reklam-veteninfo
Lokal antiterror tədbirləri zamanı şəhid olan mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi bu gün 62 yaşında öz doğum günündə dünyasını dəyişib.
Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidimizin anası Hövsan qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, Nəcəfi Elxan Şükür oğlu 1986-ci ildə Ağdamın Yusifcanlı kəndində anadan olub.
Elxan Nəcəfi Vətən müharibəsi iştirakçısı olub, Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Elxan Nəcəfinin atası Şükür Nəcəfi isə Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki