Azərbaycandan Türkiyəyə qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayan “C-130” tipli hərbi yük təyyarəsində şəhid olan 20 türk hərbçisinin kimliyi müəyyənləşib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə mediası artıq uçuş heyətinin siyahısını yayıb.
Şəhid olan hərbçilərin adları aşağıdakılardır:
Gökhan Korkmaz
Serdar Uslu
Nihat İlgen
Cüneyt Kandemir
Emre Mercan
Nuri Özcan
Ümit İnce
Burak Özkan
Emrah Kuran
Hamdi Armağan Kaplan
Akın Karakuş
İlker Aykut
Ramazan Yağız
Emre Altıok
Burak İbbiği
İlhan Ongan
Berkay Karaca
Ahmet Yaşar Kuyucu
Cem Dolapçı
Emre Sayın
Məlumatlara görə, şəhidlərin hamısı Türkiyə Hərbi Hava Qüvvələrinin müxtəlif bölmələrinə mənsub olub və 8 noyabr – Zəfər Günü münasibətilə Bakıda keçirilən hərbi paradda iştirak edən F-16 qırıcılarının texniki heyətinə cavabdeh idilər. Təyyarə həmin paradın ardından Türkiyəyə qayıdarkən Gürcüstanın dağlıq bölgəsində qəzaya uğrayıb.
Türkiyə mediası şəhid ailələrinə xəbər verilən anları da yayıb. Paylaşılan videolardan birində hərbi nümayəndələrdən biri göz yaşları içində ailəyə müraciət edir:
“Osman amca, sən artıq bir şəhid atasısan…”
Bu kadrlar Türkiyədə və Azərbaycanda dərin emosional təsir yaradıb, sosial şəbəkələrdə milyonlarla baxış toplayıb.
Hazırda şəhidlərin nəşlərinin Türkiyəyə gətirilməsi prosesi davam edir. Hadisə ilə bağlı istintaqın nəticələri yaxın günlərdə açıqlanacaq.


























