image-1backend

Səhiyyə Nazirliyinin yüz min manat vəsait xərclədiyi sayt niyə İŞLƏMİR?- ŞOK SƏBƏB

image-reklam_sirab_01

Səhiyyə Nazirliyinin yüz  min manat vəsait xərcləyib yaratdığı Eresept.az saytında qeydiyyatdan keçmək mümkün deyil.

Vətəninfo.az xəbər verir ki, bu yaxınlarda Səhiyyə Nazirliyinin kifayət qədər vəsait xərcələyərək yaratdığı bu saytın əsas məqsədi dövlət tərəfindən müəyyən imtiyazlar verilmiş xəstələrin pulsuz dərmanla təminatını həyata keçirtmək olub.
Yəni imtiyazlı xəstələr portaldan qeydiyyatdan keçməklə dərmanlarını ala bilərlər. Lakin yaradılan saytdan qeydiyyatdan keçmək mümkün deyil.

Nazirlik saytı yaradarkən bildirilirdi ki, bütün xəstələr haqqında olan məlumat bu bazaya inteqrasiya olunacaq. Lakin etibarlı mənbədən əldə olunan məlumata görə əslində kifayət qədər ciddi məbləğ xərclənərək yaradılan sayt bu gücü daşıya bilməyib.

Saytın bazasında olan informasiyaların xarici hakerlər tərəfindən oğurlanacağını düşünən dövlət orqanları Səhiyyə Nazirliyinə xəbərdarlıq edərək informasiya portalının təcili təkmilləşdirilməsini tələb ediblər.

Saytın yaradılmasına kifayət qədər məbləğ xərcləndiyi bildirilsə də, mövcud vəziyyət bunu əks etdirmir. Faktiki olaraq bu gün çoxsaylı imtiyazlı xəstələr öz dərmanlarını ala bilmir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki