image-reklam-veteninfo
image-whatsapp-sekil-2025-10-13-saat-16-31-03_7f83baeebackend

Şəkidə “Təhsildə innovasiya” forumu keçirilib

image-reklam-veteninfo

 

Şəki şəhərində Mərəm Tədris Mərkəzinin təşkilatçılığı ilə ilk dəfə “Təhsildə innovasiya” adlı forum baş tutub. Forumun əsas məqsədi təhsil sahəsində yeni yanaşmalar, innovativ metodlar və müəllimlərin peşəkar inkişafını dəstəkləməkdir.
Tədbirdə “Ahəng Psixoloji İnkişaf və Dəstək” İctimai Birliyinin sədri, psixoloq Vüsalə Əmiraslanova spiker qismində çıxış edərək təhsildə psixoloji dayanıqlıq və innovativ yanaşmaların tətbiqi mövzusunda təlim keçib.
Vüsalə xanım çıxışında müəllimlərin psixoloji rifahının təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini vurğulayıb və sinifdə effektiv ünsiyyət, stressin idarə olunması və yenilikçi tədris metodlarının tətbiqi kimi mövzular üzrə praktiki tövsiyələr verib.

Təlim interaktiv müzakirələr və real vəziyyətlər üzrə praktik tapşırıqlarla zənginləşdirilib. İştirakçılar Vüsalə xanımın çıxışını faydalı və ilhamverici hesab edib, forumu gələcəkdə də davamlı layihə kimi görmək istədiklərini bildiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki